8 noyabr 2026. Bazar günü

Mançester Siti Tottenhem'i xalsız yola saldı


Mançester Siti Tottenhem'i xalsız yola saldı

İngiltərə Premyer Liqasında 7-ci turdan təxirə salınmış oyun keçirilib. Corner.az xəbər verir ki, günün yeganə matçında “Mançester Siti” doğma meydanda “Tottenhem”i qəbul edib.

İlk hissə London təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra isə 4 qol vuran “şəhərlilər” əzmkar qələbəyə seviniblər.

“Mançester Siti” hazırda 42 xalla ikincidir. Lider “Arsenal”ın 47 xalı var. Beşinci olan “Tottenhem”də isə xal 33-dür.

İngiltərə Premyer Liqası
7-ci turun oyunu
19 yanvar

Mançester Siti – Tottenhem 4:2
Qol: X.Alvares, 51. Haland, 53. Mahrez, 63; 90 – Kuluşevski, 44. Emerson, 45+2.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”