8 may 2026. Cümə

Mançesterdə 15 yaşlı uşaq kimi həzz alıram


Mançesterdə 15 yaşlı uşaq kimi həzz alıram
“Yeni kluba gələndə, həmişə tarix yazmağı xəyal edirsən. Xüsusilə, bu klubun böyüklüyünü görəndə”. Corner.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in futbolçusu Kazemiro “Sky Sports”a açıqlamasında deyib. 
 
30 yaşlı braziliyalı müdafiəçi Mançesterdə adaptasiya problemi olmayıb: “Komanda yoldaşlarım mənə çox kömək edirlər. İngilis dili çətin oldu, amma mən daha yaxşı öyrənmək üçün çox çalışıram. İlk gündən özümü burada evimdəki kimi hiss edirəm. “Mançester Yunayted”də çox rahatam. Mən burada 15 yaşlı uşaq kimi həzz alıram və buna  görə çox xoşbəxtəm! Amma ən əsası komandanın inkişafını görməkdir. Biz düzgün yoldayıq. Bu, kuboklar qazanmağa aparan yoldur, lakin biz böyüməyə davam etməliyik”. 






İngiltərə P.L.