23 mart 2026. Bazar ertəsi

Mançester Yunayted'in futbolçusu mövsümü başa vurdu


Mançester Yunayted'in futbolçusu mövsümü başa vurdu
"Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksenin durumuna aydınlıq gəlib. Corner.az xəbər verir ki, 31 yaşlı oyunçu ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Danimarka millisinin üzvü İngiltərə Kubokunda “Ridinq” üzərində 3:1 hesabı ilə qalib gəldikləri görüşün 57-ci dəqiqəsində zədələnərək əvəzlənib. Topuq nahiyəsindən xəsarət alan Eriksenin ən yaxşı halda mayın əvvəllərində kollektivə qoşulması gözlənilir. Ulduz futbolçunun hətta mövsümü başa vurması ehtimalı da istisna olunmur.
 
Qeyd edək ki, Eriksen bu mövsüm bütün turnirlərdə 31 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.






İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər