7 dekabr 2025. Bazar günü

Mançester Siti'dən ittihamlara cavab


Mançester Siti'dən ittihamlara cavab
İngiltərənin “Mançester Siti” klubu çoxsaylı maliyyə pozuntuları ilə bağlı ittihamlara münasibət bildirib.
 
Corner.Az xəbər verir ki, "şəhərlilər"in yaydığı bəyanatda maliyyə feyr-pley qaydalarını pozduğuna dair iddiaları təkzib edib.
 
“Mançester Siti”, xüsusilə klubun Premyer Liqa rəsmilərinə təqdim etdiyi çoxsaylı təfərrüatlı materialları nəzərə alaraq, iddia edilən qayda pozuntularının yayımlanmasından təəccüblənir. Klub, klubun mövqeyini dəstəkləyən çoxlu təkzibedilməz sübutların qərəzsiz şəkildə araşdırılması məqsədi ilə müstəqil komissiya tərəfindən bu məsələyə baxılmasını alqışlayır. Ona görə də ümid edirik ki, bu məsələ birdəfəlik bağlanacaq”.
 
Xatırladaq ki, Premyer Liqa rəhbərliyi "Mançester Siti"ni maliyyə qaydalarını dəfələrlə pozmaqda şübhəli bilir. Məlumata görə, klub 2009/10 mövsümündən 2017/18 mövsümünə kimi maliyyə feyr-pley qaydalarını pozub. Günahı sübut olunarsa, klubu bir sıra cəzalar, o cümlədən xalların silinməsi gözləyir.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə