7 dekabr 2025. Bazar günü

Ueyn Runinin 11 illik rekordu təkrarlandı


Ueyn Runinin 11 illik rekordu təkrarlandı

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Ueyn Runinin 11 illik rekordu təkrarlanıb.

Corner.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Premyer Liqanın VIII turundan təxirə salınmış oyunda “Lids”in qapısına qol vurmaqla buna nail olub.

26 yaşlı forvard 2012-ci ildən bəri “Old Trafford” stadionunda ölkə çempionatının ardıcıl 6 matçında fərqlənən ilk oyunçu olub. Axırıncı dəfə bunu məhz Ueyn Runi bacarmışdı.

Qeyd edək ki, “Mançester Yunayted” - “Lids” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Reşford cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə