8 may 2026. Cümə

Antonio Kontedən xəbər var


Antonio Kontedən xəbər var
İtaliyalı baş məşqçi Antonio Konte İngiltərənin “Tottenhem” klubundakı işinin başına qayıdıb. Corner.az xəbər verir ki, London təmsilçisi son məşqinə 53 yaşlı çalışdırıcının rəhbərliyi altında çıxıb. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
Xatırladaq ki, fevralın 2-də qarnındakı şiddətli sancı ilə xəstəxanaya aparılan italiyalı mütəxəssisdə xolesistit olduğu aşkarlanmışdı. Bu üzdən o, öd kisəsindən əməliyyat olunmuşdu.






İngiltərə P.L.