7 dekabr 2025. Bazar günü

Qvardioladan Premyer Liqada yeni rekord


Qvardioladan Premyer Liqada yeni rekord
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, ispan mütəxəssis buna Premyer Liqanın 23-cü turunda “Aston Villa”nı 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
Qvardiola “şəhərlilər”lə 250-ci matçında 184-cü qələbə sevincini yaşayıb. Bu isə çempionatın ilk 250 qarşılaşmasında ən çox qələbədir. O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun rekordunu yeniləyib. Alman məşqçi “qırmızılar”ın sükanı arxasında ilk 250 görüşdə 160 qələbəyə sevinib. Bu siyahıda Joze Mourinyo (158 qələbə) üçüncü, Aleks Ferqyuson (152) dördüncü, Arsen Venger (146) isə beşinci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, “Mançester Siti” hazırda Premyer Liqada 48 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə