“Tottenhem” ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Rodriqo Bentankur uzun müddətə sıradan çıxıb.
25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Lester Siti" ilə səfər oyununda dizindən zədə alıb.
Tibbi müayinələrdən keçən Uruqvay yığmasının üzvünün vəziyyətinin ciddi olduğu bildirilir. Həkimlərin ilkin rəyinə görə, futbolçu bu mövsüm bir daha meydana çıxmaya bilər.
Xatırladaq, Bentankur “Lester Siti” ilə oyunun 14-cü dəqiqəsində vurduğu qolla hesabı açmış, lakin ağır zədəyə görə matçın 65-ci dəqiqəsində əvəzlənmişdi. Onun komandası isə bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.