7 dekabr 2025. Bazar günü

Tottenhem'in futbolçusu üçün mövsüm bitdi


Tottenhem'in futbolçusu üçün mövsüm bitdi
"Tottenhem”in İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Lester Siti" ilə səfər oyununda sıradan çıxan futbolçusu Rodriqo Bentankurun durumu müəyyənləşib. Corner.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçinin diz bağlarında yırtıq aşkarlandığını və buna görə əməliyyat olunacağını açıqlayıb.
 
Uruqvay yığmasının üzvünün cari mövsümdə meydana çıxmayacağı diqqətə çatdırılıb. 25 yaşlı futbolçunun ən yaxşı halda növbəti mövsümün əvvəlinə hazır olması proqnozlaşdırılır.
 
Xatırladaq, Bentankur “Lester Siti” ilə oyunun 14-cü dəqiqəsində vurduğu qolla hesabı açmış, lakin ağır zədəyə görə matçın 65-ci dəqiqəsində əvəzlənmişdi. Onun komandası isə bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə