10 may 2026. Bazar günü

Klopp Liverpul'u tərk etməyəcək


Klopp Liverpul'u tərk etməyəcək

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə Premyer Liqasının XXIII turunun matçında “Everton”u yenməsindən sonra klubu tərk etmək fikrində olmadığını açıqlayıb.

Corner.Az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin fikirlərini “Sky Sports” dərc edib.

“Stadionda gözəl atmosfer var idi. Azarkeşlərimizə aşiq oldum.Mən getməyəcəyəm. Əsl derbi idi. Komandam həqiqətən mübarizə apardı, iki heyrətamiz əks-hücumdan sonra qol vurduq. Oyun boyu göstərdiyimiz performans son dövrlərin ən yaxşısı idi. Biz son zamanlar ağır dövr keçirdik, lakin “Liverpul” çətin anların öhdəsindən necə gələcəyini göstərə bilər. Matçın hər saniyəsindən həzz aldım””, - “qırmızılar”ın çalışdıranı vurğulayıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının XXIII turunun yekun matçında “Liverpul” Mersisayd derbisindən qalib ayrılaraq turnirdəki uğursuzluq seriyasına son qoyub.







İngiltərə P.L.

 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi
“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”