8 noyabr 2026. Bazar günü

Yurgen Kloppdan yeni rekord


Yurgen Kloppdan yeni rekord
İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Klopp yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, 56 yaşlı mütəxəssis buna Premyer Liqanın 23-cü turunda "Everton"u 2:0 hesabı ilə məğlub etməklə nail olub.
 
Almaniyalı baş məşqçi Mersisayd təmsilçisində 250-ci qələbəsini qazanıb. Bunu 414-cü oyunda bacaran Klopp klub tarixinə düşüb.
 
Daha əvvəl "Liverpul"a rəhbərlik etmiş mütəxəssislərdən Bob Peysli 250-ci qələbəsini 448-ci, Bill Şenkli 472-ci, Tom Uotson isə 539-cü qarşılaşmada əldə edib.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”