8 noyabr 2026. Bazar günü

Haland Mançester Siti'nin yeni rekordçusu oldu


Haland Mançester Siti'nin yeni rekordçusu oldu
İngiltərə Premyer Liqasının 25-ci turunun “Bornmut”la səfər oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Corner.az xəbər verir ki, komandasının 4:1 hesablı qələbəyə sevindiyi oyunda qollardan birini də norveçli forvard vurub.
 
Bununla da o, “şəhərlilər”in heyətində Premyer Liqada bir mövsüm ərzində vurduğu qolların sayını 27-yə çatdırıb. Bu isə klub tarixində rekord göstəricidir. 
 
Bundan əvvəlki rekord Serxio Aqueroya məxsus idi. Argentinalı futbolçu 2014/15 mövsümündə 26 qola imza atmışdı.
 
Xatırladaq ki, Haland “Mançester Siti”də ilk mövsümünü keçirir. 22 yaşlı futbolçu bu komandanın heyətində bütövlükdə 33 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”