8 may 2026. Cümə

Arsenal Premyer Liqanın tarixinə düşdü


Arsenal Premyer Liqanın tarixinə düşdü

"Arsenal" klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Corner.Az-ın məlumatına görə, "topçular" buna VII turdan təxirə salınmış oyunda "Everton"a 4:0 hesabı ilə qalib gəlməklə nail olub.

Bu, London təmsilçisinin yüksək dəstədə eyni komanda üzərindəki 100-cü qələbəsidir. Beləliklə, "Arsenal" çempionatda bir rəqibə qarşı 100 qalibiyyət əldə edən ilk klub adına sahib çıxıb.

Tərəflər indiyədək Premyer Liqada 204 dəfə üz-üzə gəliblər. Bunların 100-də paytaxt komandası qələbə qazanıbsa, 43 görüşdə heç-heçə qeydə alınıb. Mersisaydlılar 61 dəfə qələbə sevinci yaşayıblar.

Qeyd edək ki, "Arsenal" hazırda 60 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı "Mançester "Siti"nin 55 xalı var.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi