8 noyabr 2026. Bazar günü

MY bunu sonuncu dəfə Ferqyusonun dönəmində yaşayıb


MY bunu sonuncu dəfə Ferqyusonun dönəmində yaşayıb
 "Mançester Yunayted"  İngiltərə Federasiya Kubokunun 1/8 final matçında "Vest Hem"ə 3:1 hesablı qalib gəlib. Corner.az xəbər verir ki, bu, Erik ten Haqın çalışdırıdığı "qırmızı şeytanlar"ın cari mövsümdə bütün turnirlər çərçivəsində 30-cu qələbəsidir.
 
İngiltərə nəhəngi bu 30 qələbəni cari mövsümdə keçirdiyi 41 matçda qazanıb ki, bu da Aleks Ferqyuson dönəmindən bəri komandanın imza atdığı ən yaxşı nəticədir.
 
 2006/07 və 2012/13 mövsümlərində Mançester təmsilçisi 30 qələbə həddinə daha tez, 40 görüşdə çata bilib. Həmin mövsümlərdə MY-nin baş məşqçisi əfsanəvi Ferqyuson olub və komanda hər iki mövsümü İngiltərə çempionu kimi başa vurub.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”