8 noyabr 2026. Bazar günü

MS, Çelsi, Arsenal'dan qələbə, Tottenhem uduzdu


MS, Çelsi, Arsenal'dan qələbə, Tottenhem uduzdu

İngiltərə Premyer Liqasında 26-cı tura start verilib. Corner.az xəbər verir ki, bu gün yeddi görüş baş tutub.

Lider “Arsenal” “Bornmut”la ev oyununda əzmkar qələbə qazanıb. Son çempion “Mançester Siti” “Nyukasl”la ev oyununda 3 xalı 2 cavabsız qolla qazanıb.

Uğursuz mövsüm keçirən “Çelsi” də bu turda “Lids”i qəbul edib və nəhayət qələbə qazanmağa nail olub. “Vulverhempton” isə “Tottenhem”i məğlub yola salıb. "Aston Villa" doğma meydanda "Kristal Pelas"a minimal hesabla qalib gəlib. "Brayton" "Vest Hem"lə ev oyununda darmadağına sevinib.

İngiltərə Premyer Liqası
26-cı tur
5 mart

Mançester Siti – Nyukasl 2:0
Qol: Foden, 15. B.Silva, 67.

Arsenal – Bornmut 3:2
Qol: Partey, 62. Uayt, 70. Nelson, 90+7 – Billinq, 1. Senesi, 57.

Aston Villa – Kristal Pelas 1:0
Qol: C.Anderson, 27-öz qapısına.

Brayton – Vest Hem 4:0
Qol: Makallister, 18-pen. Veltman, 51. Mitoma, 69. Uelbek, 89.

Çelsi – Lids 1:0
Qol: U.Fofana, 53.

Vulverhempton – Tottenhem 1:0
Qol: A.Traore, 82.

Sauthempton – Lester Siti 1:0
Qol: Alkaras, 35.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”