8 may 2026. Cümə

Liverpul uduzdu, Çelsi və Mançester Siti'dən qələbə


Liverpul uduzdu, Çelsi və Mançester Siti'dən qələbə

İngiltərə Premyer Liqasında 27-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Dörd qolluq “Lids” - “Brayton” matçında qalib müəyyənləşməyib.

“Mançester Siti” səfərdə “Kristal Pelas”a, “Çelsi” “Lester Siti”yə qalib gəlib. “Liverpul” isə “Bornmut”la səfər matçında məğlubiyyətə üzülüb. “Tottenhem” də “Nottingem Forest” üzərində inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası
27-ci tur
11 mart

Bornmut – Liverpul 1:0
Qol: Billinq, 28.

Everton – Brentford 1:0
Qol: Maknil, 1.

Lids – Brayton 2:2
Qol: Bamford, 40. Harrison, 78 – Makallister, 33. Harrison, 61-öz qapısına.

Lester Siti – Çelsi 1:3
Qol: Daka, 39 – Çilluel, 11. Haverts, 45+6. Kovaçiç, 78.

Tottenhem – Nottingem Forest 3:1
Qol: Keyn, 19; 35-pen. Son, 62 – Vorrail, 81.

Kristal Pelas – Mançester Siti 0:1
Qol: Haland, 78-pen.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi