7 dekabr 2025. Bazar günü

Arsenal'dan darmadağın, Mançester Yunayted xal itirdi


Arsenal'dan darmadağın, Mançester Yunayted xal itirdi

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 4 görüş tutub.

“Mançester Yunayted” - “Sauthempton” matçında qapılara qol vurulmayıb. İki qolluq “Vest Hem” - “Aston Villa” matçında da qalib müəyyənləşməyib.

“Nyukasl” - “Vulverhempton” matçında meydan sahibləri çətin qələbə qazanıb . Səfərdə “Fulhem”in qonağı olan lider “Arsenal” isə turu darmadağınla başa vurub.

Hazırda 66 xala malik “Arsenal” vahid liderdir. İkinci pillədəki “Mançester Siti”nin 61, üçüncü olan “Mançester Yunayted”in isə 50 xalı var. “Tottenhem” 48, “Nyukasl” 44, “Liverpul” 42, “Çelsi” 37 xal toplayıb.

İngiltərə Premyer Liqası
27-ci tur
11 mart

Bornmut – Liverpul 1:0
Qol: Billinq, 28.

Everton – Brentford 1:0
Qol: Maknil, 1.

Lids – Brayton 2:2
Qol: Bamford, 40. Harrison, 78 – Makallister, 33. Harrison, 61-öz qapısına.

Lester Siti – Çelsi 1:3
Qol: Daka, 39 – Çilluel, 11. Haverts, 45+6. Kovaçiç, 78.

Tottenhem – Nottingem Forest 3:1
Qol: Keyn, 19; 35-pen. Son, 62 – Vorrail, 81.

Kristal Pelas – Mançester Siti 0:1
Qol: Haland, 78-pen.

12 mart

Fulhem – Arsenal 0:3
Qol: Qabriel, 21. Martinelli, 26. Edeqor, 45+2.

Mançester Yunayted – Sauthempton 0:0

Vest Hem – Aston Villa 1:1
Qol: Benrahma, 26 – Uotkins, 17.

Nyukasl – Vulverhempton 2:1
Qol: İsak, 26. Almiron, 79 – Hvanq, 70.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə