27 avqust 2026. Cümə axşamı

İngiltərə kubokunda yarımfinalçılar bəlli oldu


İngiltərə kubokunda yarımfinalçılar bəlli oldu

İngiltərə federasiya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, “Mançester Siti” “Bernli”ni səddini darmadağınla keçib.

“Mançester Yunayted” də “Fulhem” üzərində inamlı qələbə ilə yarımfinala vəsiqə qazanıb. “Şeffild Yunayted” “Blekbern”i, “Brayton” isə “Qrimsbi”ni məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalında “Mançester Yunayted” “Brayton”la, “Mançester Siti” isə “Şeffild Yunayted”lə mübarizə aparacaq.

İngiltərə federasiya kuboku
1/4 final

Mançester Siti – Bernli 6:0
Qol: Haland, 32; 35; 59. X.Alvares, 62; 73. Palmer, 68.

Şeffild Yunayted – Blekbern 3:2
Qol: Qallaxer, 28-öz qapısına. Makbörni, 81. Doyl, 90+1 – B.Dias, 21. Şmodiç, 60.

Brayton – Qrimsbi 5:0
Qol: Undav, 6. Ferquson, 51; 70. Mark, 82. Mitoma, 90.

Mançester Yunayted – Fulhem 3:1
Qol: B.Fernandes, 75; 90+6. Zabitser, 77 – Mitroviç, 50.

Yarımfinal

18:00. Brayton – Mançester Yunayted
18:00. Mançester Siti – Şeffild Yunayted







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın