24 oktyabr 2024. Cümə axşamı

Arsenal'dan darmadağın


Arsenal'dan darmadağın

İngiltərə Premyer Liqasında 28-ci turun daha bir oyunu baş tutub. Corner.az xəbər verir ki, bu gün lider “Arsenal” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb.

Beş qolun qeydə alındığı matçda “topçular” darmadağınla qalib gəlib.

Bu turun “Liverpul” - “Fulhem”, “Brayton” - “Mançester Yunayted” və “Mançester Siti” - “Vest Hem” oyunları təxirə salınıb.

Hazırda 69 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 61 xalla ikinci, “Mançester Yunayted” 50 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem” 49, “Nyukasl” 47, “Liverpul”, “Brayton” və “Brentford” 42, “Fulhem” 39, “Çelsi” və “Aston Villa” 38 xal toplayıblar.

İngiltərə Premyer Liqası
28-ci tur
17 mart

Nottingem Forest – Nyukasl 1:2
Qol: Dennis, 26 – A.İsak, 45+2; 90+3-pen.

18 mart

Aston Villa – Bornmut 3:0
Qol: D.Luis, 7. Remsi, 80. Buendiya, 89.

Brentford – Lester Siti 1:1
Qol: Yensen, 32.

Sauthempton – Tottenhem 3:3
Qol: Adams, 46. Uolkott, 77. Uord-Prous, 90+3 – Porro, 45+1. Keyn, 65. Perişiç, 74.

Vulverhempton – Lids 2:4
Qol: Conni, 65. Kunya, 73 – Harrison, 6. Aylinq, 49. Kristensen, 62. Rodriqo, 90+7.

Çelsi – Everton 2:2
Qol: J.Feliks, 52. Haverts, 76-pen – Dukure, 69. Simms, 89.

19 mart

Arsenal – Kristal Pelas 4:1
Qol: Martinelli, 28. Saka, 43; 74. Caka, 55 – Şlupp, 63







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib