24 iyul 2026. Cümə

Arsenal'ın futbolçusu üçün mövsüm erkən bitdi


Arsenal'ın futbolçusu üçün mövsüm erkən bitdi
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Takehiro Tomiyasunu uzun müddətlik sıradan çıxıb. Corner.az xəbər verir ki, yaponiyalı oyunçu Avropa Liqasının 1/8 finalında “Sportinq”ə (Portuqaliya) qarşı keçirdikləri cavab matçında sağ dizindən zədə almış və qarşılaşmanın 9-cu dəqiqəsində əvəzlənmişdi.
 
Ətraflı müayinələrdən sonra zədəsi ciddi olan 24 yaşlı futbolçunun əməliyyat olunmasına qərar verilib. Klubun rəsmi saytının məlumatına görə, Londonda əməliyyat olunan futbolçunun bu mövsümü erkən başa vurduğu diqqətə çatdırılıb. Onun ən yaxşı halda yeni mövsümə hazır olacağı bildirilib.
 
Xatırladaq ki, Tomiyasu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə də verib.






İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi