"Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 29-cu turunda “Liverpul”la keçiriləcək prinsipial oyunu buraxa bilər. Corner.az xəbər verir ki, buna norveçli futbolçunun qasıq nahiyəsindəki zədə səbəb olub.
Haland zədəsini sağaldaraq Barselonadan Mançesterə qayıtsa da, komandanın bugünkü məşqində iştirak etməyib. Bu üzdən gənc futbolçunun “Liverpul”la aprelin 1-dəki qarşılaşmadakı çıxışı sual altındadır.
Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqada 61 xalla ikinci pillədə qərarlaşıb. Lider “Arsenal”ın 69 xalı var. Haland isə bu mövsüm 26 çempionat oyununda 28 qol vurub, 5 assist edib.