7 dekabr 2025. Bazar günü

Liverpul Mançester Siti'yə uduzdu, Arsenal'dan darmadağın


Liverpul Mançester Siti'yə uduzdu, Arsenal'dan darmadağın

İngiltərə Premyer Liqasında 29-cu tura start verilib. Corner.az xəbər verir ki, əksər görüşlər ilk oyun gününə təsadüf edib.

“Brayton” - “Brentford” və “Nottingem Forest” – “Vulverhempton” matçlarında qalib müəyyənləşməyib. “Bornmut” “Fulhem”i, “Kristal Pelas” isə “Lester Siti”ni məğlub edib. “Çelsi” isə bu dəfə “Aston Villa” ilə ev oyununda məğlubiyyətə üzülüb.

Lider “Arsenal” doğma meydanda “Lids”i, əsas izləyicisi “Mançester Siti” də “Liverpul”u qəbul edib. Hər iki matçda eyni hesabla meydan sahibləri (4:1) qalib gəlib.

İngiltərə Premyer Liqası
29-cu tur
1 aprel

Mançester Siti – Liverpul 4:1
Qol: X.Alvares, 27. De Bruyne, 46. İ.Gündoğan, 53. Qriliş, 74 – Salah, 17.

Arsenal – Lids 4:1
Qol: Q.Jezus, 35-pen; 55. Uayt, 47. Caka, 84 – Kristensen, 76.

Bornmut – Fulhem 2:0
Qol: Tavernye, 50. Solanke, 79 – A.Pereyra, 16.

Kristal Pelas – Lester Siti 2:1
Qol: İversen, 49-öz qapısına. Mateta, 90+4 – R.Pereyra, 56.

Brayton – Brentford 3:3
Qol: Mitoma, 21. Uelbek, 28. Makallister, 90-pen – Yansson, 10. Touni, 22. Pinnok, 49.

Nottingem Forest – Vulverhempton 1:1
Qol: Conson, 38 – Podense, 83.

Çelsi – Aston Villa 0:2
Qol: Uotkins, 18. Makqinn, 56.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə