8 noyabr 2026. Bazar günü

Keyn 250-ə çatdı


Keyn 250-ə çatdı
"Tottenhem”in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının ən məhsuldar futbolçuları sıralamasında daha bir pillə irəliləyib. Corner.az  xəbər verir ki, 29 yaşlı futbolçu buna XXIX turda “Everton”la görüşdə fərqlənməklə nail olub.
 
1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltidən rəqibi cəzalandıran ingilis oyunçu London klubunun heyətində qol+assistdə 250-yə çatıb. O, 311 liqa matçında 205 qol vurub, 45 məhsuldar ötürmə verib.
 
Keyn bu göstəriciyə çatan 6-cı oyunçu olub. O, hazırda Endi Koul (260), Rayan Giqqz (271), Frenk Lempard (279), Ueyn Runi (311) və Alan Şirerdən (324) geri qalır.
 






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”