8 noyabr 2026. Bazar günü

Hakimi itələyən Mitroviç'ə 8 oyunluq cəza


Hakimi itələyən Mitroviç'ə 8 oyunluq cəza
İngiltərənin “Fulhem” komandasının futbolçusu Aleksandar Mitroviç ağır cəzalanıb.
 
Corner.az xəbər verir ki, buna serbiyalı hücumçunun İngiltərə kubokunun 1/4 final mərhələsində “Mançester Yunayted”ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundakı davranışı səbəb olub.
 
Matçın referisi Kris Kavananın qərarlarından narazı qaldığı üçün onu itələyən 29 yaşlı forvard buna görə 8 oyunluq diskvalifikasiya olunub.
 
Bu azmış kimi, Mitroviçə 75 min avro cərimə də kəsilib.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”