“Çelsi”si İngiltərə Premyer Liqasında 29 turdan sonra cəmi 29 qol vurub. Corner.az xəbər verir ki, London təmsilçisi bununla 1921/22 və 1923/24 mövsümlərindən sonra ən pis nəticəsinə imza atıb. Sözügedən vaxt Premyer Liqa nəhəngi müvafiq olaraq, 23 və 16 dəfə fərqləniblər.
Aprelin 4-də İngiltərə çempionatının 8-ci turundan təxirə salınan oyununda “Liverpul”la “sülh” edən (0:0) “zadəganlar” son 99 ilin antirekorduna imza atıblar.
Ümumilikdə, istefaya göndərilən keçmiş baş məşqçi Qrem Potterin rəhbərlik etdiyi “Çelsi” Premyer Liqada tarixən zəif nəticə ilə yadda qalıb. Londonlular ingilis mütəxəssisin rəhbərliyi altında hər oyuna orta hesabla 1,27 xal toplayıblar. Premyer Liqada ən azı 20 oyunda komandaya rəhbərlik etmiş bütün məşqçilər arasında bu, ən aşağı göstəricidir. Bütün turnirlərdə keçirilən 31 matçdan Potterin komandası yalnız 39 faizini qazanıb.
London təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşacaq. İlk oyun aprelin 12-də, cavab qarşılaşması 18 apreldə baş tutacaq.