8 noyabr 2026. Bazar günü

Milner Lempardı geridə qoydu


Milner Lempardı geridə qoydu
"Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında keçirdiyi oyun sayına görə 3-cü pilləyə yüksəlib. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu buna Premyer Liqanın 8-ci turundan təxirə salınmış "Liverpul"la oyunda (0:0) meydana çıxmaqla nail olub.
 
Sözügedən matç təcrübəli oyunçunun 610-cu çempionat matçı kimi tarixə düşüb. Beləliklə, Ceyms Frenk Lempardı (609) geridə qoyub.
 
İngiltərə çempionatında ən çox oynayanların siyahısında "Aston Villa", "Everton", "Mançester Siti" kimi klublarda top qovmuş Qaret Barri (653) 1-ci, "Mançester Yunayted"in sabiq üzvü Rayan Giqqz (632) 2-ci yerdə qərarlaşıb.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”