8 may 2026. Cümə

Mançester Yunayted'ə bir qol bəs etdi


Mançester Yunayted'ə bir qol bəs etdi

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Corner.az xəbər verir ki, 7-ci turdan təxirə salınmış oyunda “Vest Hem” “Nyukasl”ı qəbul edib.

6 qolun qeydə alındığı matçın yekununda qonaqlar darmadağınla qalib gəlib.

“Mançester Yunayted” isə 25-ci turdan təxirə salınmış görüşdə “Brentford”u qəbul edib və tək qolla qələbə qazanıb.

İngiltərə Premyer Liqası
5 aprel

7-ci turun oyunu

Vest Hem – Nyukasl 1:5
Qol: K.Zuma, 40 – Uilson, 6; 46. Joelinton, 13; 90. A.İsak, 82.

25-ci turun oyunu

Mançester Yunayted – Brentford 1:0
Qol: Raşford, 27.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi