8 may 2026. Cümə

Halanddan yubiley qolu


Halanddan yubiley qolu
İngiltərə Premyer Liqasının 30-cu turunda “Mançester Siti” - “Sauthempton”la (4:1) qarşılaşması "şəhərlilər"in hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Corner.az xəbər verir ki, sözügedən görüşdə dubla imza atan norveçli forvard karyerasının 200-cü qoluna imza atıb.

Halanda bunun üçün 244 görüş kifayət edib və eyni zamanda ulduz oyunçu cari mövsüm ölkə çempionatında qol sayını 30-a çatdırıb. 27 matçda buna nail olan 23 yaşlı oyunçu bu mövsüm daha 5 qol vuracağı təqdirdə mütləq rekordçu olacaq.
 
İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vurma rekordu Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 2017/2018 mövsümündə 32 dəfə fərqlənib.
 
Halana bu mövsüm bütün turnirlərdə 38 oyuna 44 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.






İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi