23 mart 2026. Bazar ertəsi

Liverpul'la Arsenal'dan heç-heçə


Liverpul'la Arsenal'dan heç-heçə

İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Lids” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb və böyük hesabla uduzub. Dörd qolluq “Liverpul” - “Arsenal” matçında isə qalib müəyyənləşməyib.

Hazırda 73 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 67 xalla ikinci pillədə qərarlaşıbsa, “Nyukasl” və “Mançester Yunayted”in 56 xalı var. “Tottenhem” 53, “Aston Villa” 47, “Brayton” 46, “Liverpul” 44, “Brentford” 43, “Fulhem” və “Çelsi” 39 xal toplayıb.

İngiltərə Premyer Liqası
30-cu tur
8 aprel

Mançester Yunayted – Everton 2:0
Qol: Maktominay, 36. Marsyal, 71.

Aston Villa – Nottingem Forest 2:0
Qol: B.Traore, 48. Uotkins, 90+5.

Brentford – Nyukasl 1:2
Qol: Touni, 45+1 – Raya, 54-öz qapısına. İsak, 61.

Fulhem – Vest Hem 0:1
Qol: Rid, 23-öz qapısına.

Lester Siti – Bornmut 0:1
Qol: Billinq, 40.

Tottenhem – Brayton 2:1
Qol: Son, 10. Keyn, 79 – Dank, 34.

Vulverhempton – Çelsi 1:0
Qol: M.Nunes, 31.

Sauthempton – Mançester Siti 1:4
Qol: Mara, 72 – Haland, 45; 68. Qriliş, 58. X.Alvares, 75-pen.

9 aprel

Lids – Kristal Pelas 1:5
Qol: Bamford, 21 – Guehi, 45+1. Ayyu, 53; 77. Eze, 55. Eduard, 69.

Liverpul – Arsenal 2:2
Qol: Salah, 42. Firmino, 87 – Martinelli, 8. Q.Jezus, 28.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər