25 noyabr 2024. Bazar ertəsi

Mançester Siti və Haland üçün əlamətdar qələbə


Mançester Siti və Haland üçün əlamətdar qələbə
“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsində doğma meydanda “Bavariya”nı 3:0 hesabıyla məğlub edib. Corner.az xəbər verir ki, bununla da İngiltərə nəhəngi bütün turnirlərdə qələbə seriyasını 9 oyuna çatdırıb.
 
“Mançester Siti” cari mövsümdə Almaniya klublarına qarşı keçirdiyi ev matçında qol rekordunu yeniləyib. "Şəhərlilər" “Leypsiq”i 7, “Bavariya”nı isə 3 dəfə cəzalandırıb.
 
Eyni zamanda, Mançester təmsilçisi 2017-ci ilin dekabrından sonra qitənin ən nüfuzlu klub turnirində Almaniya klubunu böyük hesabla məğlub edə bilib.
 
Baş məşqçi Xosep Qvardiola da məşqçi kimi ÇL-də alman rəqiblərinə qarşı keçirdiyi 12 ev matçının hamısında qalib gəlib. Onlardan 8-də komandası minimum 3 top fərqli üstünlük əldə edib.
 
“Mançester Siti” Qvardiolanın rəhbərliyi altında doğma arenasında Mönhenqladbax “Borussiya”sını 4:0, “Şalke”ni 7:0, “Leypsiq”i 6:3, 7:0, “Bavariya”nı 3:0 hesabı ilə məğlub edib. O, “Barselona”da olarkən “Bavariya”ya 4:0, “Ştutqart”a 4:0 və “Bayer”ə 7:1 hesabı ilə qalib gəliblər.
 
“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasında ilk dəfə “Bavariya” üzərində qələbə qazanıb. O, daha öncə Dortmund “Borussiya”sında olarkən bu rəqibə qarşı keçirdiyi 7 görüşün hamısında məğlub olmuşdu. Haland Münhen təmsilçisini 6-cı dəfə cəzalandırıb.
 

Xatırladaq ki, Haland ÇL-də cəmi 26 oyun keçirməsinə baxmayaraq, artıq qollarının sayını 34-ə çatdırıb.


***

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haland yeni rekorda imza atıb.

Corner.az xəbər verir ki, 23 yaşlı hücumçu buna evdə Almaniya "Bavariya"sına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

"Şəhərlilər"in heyətində 45 qola imza atan norveçli oyunçu İngiltərə Premyer Liqasının oyunçuları arasında bir mövsümdə rəqib qapılarına ən çox yol tapan futbolçu adına sahib çıxıb.

Haland  2002/2003 mövsümündə 44 qol vuran Rud Van Nistelroyu (53 oyuna) və 2017/2018 mövsümündə eyni sayda fərqlənən Məhəmməd Salahı (52 oyuna) geridə qoyub.

Qeyd edək ki, Erlinq Haland 11 qolla Çempionlar Liqasının bombardiridir.







İngiltərə P.L.

“Lester” baş məşqçisiz qalıb
  • İngiltərə P.L.
  • 21:07 24.11.2024
“Lester” baş məşqçisiz qalıb
 “Belə matçlar tez-tez baş vermir"
  • İngiltərə P.L.
  • 20:43 24.11.2024
 “Belə matçlar tez-tez baş vermir"
Ange Postekoqloudan qələbə şərhi
  • İngiltərə P.L.
  • 17:20 24.11.2024
Ange Postekoqloudan qələbə şərhi