24 iyun 2026. Çərşənbə

Çelsi uduzdu, Mançester Siti'dən növbəti qələbə


Çelsi uduzdu, Mançester Siti'dən növbəti qələbə

İngiltərə Premyer Liqasında 31-ci tura start verilib. Corner.az xəbər verir ki, bu gün 7 görüş baş tutub.

 “Çelsi” doğma meydanda “Brayton”a, “Tottenhem” isə “Bornmut”a gözlənilməz məğlub olub. "Aston Villa" "Nyukasl"la ev oyununda qələbə qazanıbsa, "Everton" "Fulhem"ə, "Sauthempton" "Kristal Pelas"a uduzub.

"Vulverhempton" "Brentford"la  ev oyununda qələbəyə sevinən tərəf olub.

Son çempion “Mançester Siti” isə “Lester Siti” ilə ev oyununda inamlı qələbə qazanıb.

İngiltərə Premyer Liqası
31-ci tur
15 aprel

Aston Villa – Nyukasl 3:0
Qol: Remsi, 11. Uotkins, 64; 83.

Çelsi – Brayton 1:2
Qol: Qallaxer, 13 – Uelbek, 42. Enkiso, 69.

Everton – Fulhem 1:3
Qol: Maknil, 35 – Rid, 22. H.Uilson, 51. D.Ceyms, 68.

Sauthempton – Kristal Pelas 0:2
Qol: Eze, 54; 68.

Tottenhem – Bornmut 2:3
Qol: Son, 14. Danjuma, 88 – Vina, 38. Solanke, 51. Uattara, 90+5.

Vulverhempton – Brentford 2:0
Qol: D.Kosta, 27. Huanq, 69.

Mançester Siti – Lester Siti 3:1
Qol: Stounz, 5. Haland, 13; 25 – İheanaço, 75.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər