11 aprel 2026. Şənbə

Evdə 100-cü qələbə


Evdə 100-cü qələbə
"Liverpul” İngiltərə Premyer Liqasının 32-ci turunda evdə “Nottingem Forest” üzərində 3:2 hesablı qələbə qazanıb. Corner.az saytı xəbər verir ki, bu qarşılaşma “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.
 
Almaniyalı mütəxəssis “mersisaydlılar”ın sükanı arxasında “Enfild Roud”da 100-cü liqa qalibiyyətinə sevinib. Bunun üçün Kloppa 144 ev matçı kifayət edib. O, “Liverpul”da bu göstəriciyə ən tez çatan üçüncü çalışdırıcı olub.
 
Klub rekordu 139 oyunda 100 qələbə qazanan Bill Şankliyə məxsusdu. İkinci pillədə Bob Peysli (131 matç) qərarlaşıb.






İngiltərə P.L.

“Mən onlara inanıram”
  • İngiltərə P.L.
  • 22:38 10.04.2026
“Mən onlara inanıram”