8 noyabr 2026. Bazar günü

Finalda Mançester derbisi olacaq


Finalda Mançester derbisi olacaq

İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, bu gün sonuncu finalçının adına aydınlıq gəlib.

“Mançester Yunayted”lə “Brayton” arasındakı görüşünün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha olan "qırmızı şeytanlar" finala yüksəlib.

Daha öncə “Mançester Siti” də finala vəsiqə qazanmışdı. Beləliklə, iyunun 3-də keçiriləcək həlledici oyunda Mançester təmsilçiləri üz-üzə gələcəklər.

İngiltərə Federasiya Kuboku
Yarımfinal
22 aprel

Mançester Siti – Şeffild Yunayted 3:0
Qol: Mahrez, 43; 61; 66.

23 aprel

Brayton – Mançester Yunayted 0:0 (penaltilər 6:7)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”