8 noyabr 2026. Bazar günü

1:6 hesabıyla uduzan futbolçulardan azarkeşlərə jest


1:6 hesabıyla uduzan futbolçulardan azarkeşlərə jest
İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə “Nyukasl”a 1:6 hesabıyla məğlub olan “Tottenhem”in futbolçuları maraqlı jest ediblər. Corner.az xəbər verir ki, London klubunun üzvləri onları bu oyunda dəstəkləməyə gələn fanatlara bilet pullarını geri qaytarmağa qərar veriblər.
 
Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib. Açıqlamada komanda üzvlərinin “Mançester Yunayted”lə oyunda ağır məğlubiyyətin əvəzini çıxmaq üçün əllərindən gələni edəcəkləri diqqətə çatdırılıb.
 
Xatırladaq ki, “Tottenhem” Premyer Liqada 53 xalla 5-ci pillədə qərarlaşıb.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”