8 noyabr 2026. Bazar günü

Haland'dan İngiltərə çempionatları tarixində rekord


Haland'dan İngiltərə çempionatları tarixində rekord

"Mançester Siti" klubunun futbolçusu Erlinq Haland  İngiltərə Premyer Liqasında mütləq rekorda yaxınlaşıb.

Corner.az xəbər verir ki, 23 yaşlı hücumçu buna "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri XXXIII tur oyununda nail olub.

Komandasının sonuncu qolun vuran norveçli oyunçu cari mövsüm çempionatda 33-cü dəfə fərqlənib.

Haland  2017/2018 mövsümündə 32 dəfə rəqib qapılarına yol tapan "Liverpul"un oyunçusu Məhəmməd Salahın nailiyyətini geridə qoyub.

İngiltərə Premyer Liqasının mütləq rekordu 34 qolla Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. Lakin bunlar 42 matçlıq mövsümdə gerçəkləşib. Hazırda turnir 38 turdan ibarətdir.

Qeyd edək ki, Erlinq Haland "şəhərlilər"in heyətində bütün yarışlarda 43 oyunda 49 qol vurub və 8 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”