8 noyabr 2026. Bazar günü

Keyn Premyer Liqa rekordunu təkrarladı


Keyn Premyer Liqa rekordunu təkrarladı
“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqa rekordunu təkrarlayıb. Corner.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu XXXIII turda “Mançester Yunayted”lə oyunda buna nail olub.
 
İngilis forvard  2:2 hesabı ilə başa çatan qarşılaşmada komanda yoldaşı Xın Min Sona məhsuldar ötürmə ilə yadda qalıb. Bu, Keynin çempionatda cənubi koreyalıya ümumilikdə 24-cü ötürməsidi.
 
Cütlük bu statistika ilə Frenk Lempard – Didye Droqba ikilisinin rekordunu təkrarlayıb. Lempard da vaxtilə “Çelsi”nin heyətində Droqbanın 24 qolunun məhsuldar ötürməsini verib.
 
Qeyd edək ki, Harri Keyn 2011-ci, Xın Min Son isə 2015-ci ildən “Tottenhem”də çıxış edir.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”