23 mart 2026. Bazar ertəsi

Baş məşqçi qolu qeyd edərkən zədələndi


Baş məşqçi qolu qeyd edərkən zədələndi
"Sanderlend”in baş məşqçisi Toni Moubrey kuryoz hadisə ilə üzləşib. Corner.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Çempionşipin 45-ci turunda “Uotford”a vurduqları son dəqiqə qolunu qeyd edərkən dizindən zədə alıb.
 
Görüşün 90+5-ci dəqiqəsində Patrik Roberts komandanı məğlubiyyətdən xilas edib - 2:2.
 
Toni Moubrey vəziyyəti barədə məlumat verib: “18 illik peşəkar karyeramda heç vaxt dizimdən zədə almamışdım. Çünki heç vaxt kifayət qədər sürətli olmamışam. Lakin bu qoldan sonra çox sürətli hərəkət etdim. Əminəm ki, hər şey yaxşı olacaq”.
 
Qeyd edək ki, “Sanderlend” hazırda 66 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.






İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər