“Mançester Siti”nin hücumçusu Erlinq Haland bir mövsümdə Premyer Liqada ən çox qol vurma rekordunu təkrarlayıb. Corner.az xəbər verir ki, 22 yaşlı forvard XXXIV turda “Fulhem”in qapısına penaltidən yol tapmaqla bunu bacarıb.
Bu, norveçli oyunçunun cari mövsüm çempionatda 34-cü qolu olub. O, Endi Koul (1993-94 mövsümündə) və Alan Şirerə (1994-95) məxsus rekordu təkrarlayıb. Onlar 42 turluq mövsümlərdə 34 dəfə fərqləniblər.
Qeyd edək ki, Erlinq Haland “Mançester Siti”yə ötən ilin yayında Dortmund “Borussiya”sından keçib.