6 dekabr 2025. Şənbə

Çelsi Arsenal'a da uduzdu


Çelsi Arsenal'a da uduzdu

İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Çempionluq uğrunda mübarizə aparan “Arsenal” London derbisində doğma azarkeşləri önündə “Çelsi”ni qəbul edib. Bu oyunda meydan sahibləri inamlı qələbə qazanıb.

Bu nəticədən sonra 78 xala malik “Arsenal” vahid liderdir. İki oyun az keçirmiş “Mançester Siti” 76 xalla ikinci, “Nyukasl” 65 xalla üçüncüdür. “Mançester Yunayted”in 63, “Liverpul”un 56, “Tottenhem”lə “Aston Villa”nın 54, “Çelsi”nin 39 xalı var.

İngiltərə Premyer Liqası
34-cü tur
29 aprel

Kristal Pelas – Vest Hem 4:3
Qol: Ayyu, 15. Zaha, 20. Şlupp, 30. Eze, 66-pen – Souçek, 9. M.Antonio, 36. Aqerd, 72.

Brentford – Nottingem Forest 2:1
Qol: Touni, 82. Dasilva, 90+4 – Danilo, 45+1.

Brayton – Vulverhempton 6:0
Qol: Undav, 6; 66. Qross, 13; 26. Uelbek, 39; 48.

30 aprel

Bornmut – Lids 4:1
Qol: Lerma, 20; 24. Solanke, 63. Semenyo, 90+1 – Bamford, 32.

Fulhem – Mançester Siti 1:2
Qol: K.Vinisius, 15 – Haland, 3-pen. X.Alvares, 36.

Mançester Yunayted – Aston Villa 1:0
Qol: B.Fernandes, 39.

Nyukasl – Sauthempton 3:1
Qol: K.Uilson, 54; 81. Uolkot, 79-öz qapısına – Armstronq, 41.

Liverpul – Tottenhem 4:3
Qol: Cons, 3. Dias, 5. Salah, 15-pen. Jota, 90+5 – Keyn, 39. Son, 77. Rişarlison, 90+3.

1 may

Lester Siti – Everton 2:2
Qol: Ç.Söyüncü, 22. Vardi, 33 – Levin, 15. İvobi, 54.

2 may

Arsenal – Çelsi 3:1
Qol: Edeqor, 18; 31. Q.Jezus, 34 – Madueke, 65.







İngiltərə P.L.

“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə
“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"