8 may 2026. Cümə

Arsenal'dan derbilərdə unikal göstərici


Arsenal'dan derbilərdə unikal göstərici
“Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə London komandalarına qarşı oyunların heç birində uduzmayıb. Corner.az xəbər verir ki, belə uğurlu seriya 2004/2005 mövsümündən sonra ilk dəfə baş verib.
 
“Topçular”ın derbilərdə 10 qələbəsi və iki heç-heçəsi var. “Arsenal” iki dəfə “Çelsi”yə qalib gəlib (evdə 3:1 və səfərdə 1:0), həmçinin “Vest Hem” (3:1, 2:2), “Kristal Pelas” (4:1, 2:0), “Fulhem” (2:1, 3:0) və Brentford (1:1 və 3:0).
 
“Arsenal” növbəti turda “Nyukasl”la qarşılaşacaq. “Çelsi” ilə matçda (3:1) qalib gələn “Arsenal” turnir cədvəlində birinci pilləsinə qayıdıb. Komanda 34 oyunda 78 xal toplayıb. İki oyun az keçirən “Mançester Siti” “Arsenal”dan 2 xal geri qalır.






İngiltərə P.L.