8 may 2026. Cümə

Jesus'un komandası 55 oyundu uduzmur...


Jesus'un komandası 55 oyundu uduzmur...
“Arsenal”ın hücumçusu Qabriel Jesus Premyer Liqada qol vurduğu 55 oyunda komandası heç vaxt məğlub olmayəb. Corner.az “Opta Sports” istinadən xəbər verir ki, bu premyer liqa rekordu deməkdir.
 
Braziliyalı forvard  34-cü turda “Çelsi” ilə görüşdə qol vuraraq, komandasının 3:1 hesablı qələbə qazandırıb. 26 yaşlı futbolçunun vurduğu 55 matçda 50 qələbə və 5 heç-heçə var. Bundan əvvəlki rekordçu “Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner olub. O, Premyer Liqada 54 qol vurub.
 
“Arsenal” hazırda İngiltərə Premyer Liqasında yenidən birinci yerdədir. 34 oyundan sonra 78 xalı olan komanda iki oyun az keçirən “Mançester Siti”ni iki xal qabaqlayır. “Çelsi” 33 oyundan sonra 39 xalla 12-ci yerdədir.






İngiltərə P.L.