23 iyul 2026. Cümə axşamı

4 ayda bütün turnirlərdə ən çox qol vuranlar


4 ayda bütün turnirlərdə ən çox qol vuranlar
2023-cü ilin ilk dörd ayında bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahının ilk pilləsində Erlinq Haland qərarlaşıb.
 
"Mançester Siti"nin norveçli forvardı “Mançester Yunayted”dəki həmkarı Markus Reşfordu qabaqlayıb. Haland ilk dörd ay ərzində 23 qola imza atıb. Reşford isə artıq 6-cı pilləyə düşüb.
 
Siyahıda 12 və daha çox qol vurmuş 79 oyunçu yer alıb. İlin geridə qalan dönəmində Azərbaycanda ən çox qol vuran futbolçular Musa Qurbanlı və Coy Lens Mikelsdi. “Qarabağ” və “Sabah”ın hücumçuları bu il 8 dəfə fərqlənib. Hər iki futbolçu bütün qolları Premyer Liqada vurub.
 
İlk “onluq” belədi:
1. Erlinq Haland (“Mançester Siti”) – 23
2. Pedro (“Flamenqo”) – 21
3. Kərim Benzema (“Real”) – 21
4. German Kano (“Fluminense”) – 20
5. Deklan Makmanus (TNS) - 19
6. Markus Reşford (“Mançester Yunayted”) – 18
7. Barnabus Varqa (“Paks”) - 18
8. Peter Şalulile (“Mamelodi “Sandouns”) – 17
9. Odion İqalo (“Əl-Hilal”) – 17
10. Maykl Olunqa (“Əl-Duhail”) – 17






İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi