23 iyul 2026. Cümə axşamı

Erlinq Halanddan yeni rekord


Erlinq Halanddan yeni rekord

"Mançester Siti" İngiltərə Premyer Liqasının 28-ci turunda "Vest Hem"lə ev oyunda 3:0 hesabı ilə qalib gəlib. 

Corner.az-ın məlumatına görə, "şəhərlilər"in hücumçusu Erlinq Haland sözügedən matçda fərqlənərək rekorda imza atıb.

Bu qol sayəsində norveçli forvard turnirdəki fərqlənmə hesabını 35-ə çatdırıb. O, bununla Premyer Liqada ümumi qol rekordunu qırıb. Siyahıdakı Endi Koulun (1993/94 mövsümündə) və Alan Şirerin (1994/95) hər birinin 34 qolu var - onlar 42 turda 22 komanda ilə çempionatda qol vurublar.

“Vest Hem” üzərində qələbədən sonra Xosep Qvardiolanın yetirmələri 33 matçda 79 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində liderliyə yüksəliblər. “Arsenal” 34 oyundan sonra 78 xalla ikinci yerdədir. 







İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi