23 iyul 2026. Cümə axşamı

Salah Suaresi bu göstəricidə keçdi


Salah Suaresi bu göstəricidə keçdi
“Liverpul”un hücumçusu Məhəmməd Salah bütün turnirlərdə ardıcıl 8 ev oyununda qol vurub. Corner.az xəbər verir ki, 30 yaşlı forvard son olaraq Premyer Liqanın XXXVIII turunda “Fulhem”lə ev oyununda fərqlənib.
 
Misirli oyunçu son 8 ev matçında ümumilikdə 9 dəfə rəqib qapılarına yol tapıb.
 
Bununla, Salah “Liverpul”un sabiq hücumçusu Luis Suaresdən sonra “Enfild Roud”da ən yaxşı qol seriyasını göstərib. Uruqvaylı 2014-cü ildə 8 ev görüşündə 8 qol vurub.
 
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində 47 oyunda 29 qol vurub, 11 məhsuldar ötürmə verib.






İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi