8 noyabr 2026. Bazar günü

Mançester Yunayted səfərdə xalsız qaldı


Mançester Yunayted səfərdə xalsız qaldı

İngiltərə Premyer Liqasında 28-ci turdan təxirə salınmış bir oyun keçirilib. Corner.az xəbər verir ki, günün yeganə matçında “Mançester Yunayted” səfərdə “Brayton”un qonağı olub.

Görüşün əlavə olunmuş dəqiqələrində penaltidən dəqiq yararlanan meydan sahibləri  “qırmızı şeytanlar” üzərində çətin qələbə qazanıb.

Hazırda 79 xala malik “Mançester Siti” vahid liderdir. “Arsenal” 78 xalla ikinci, “Nyukasl” 65 xalla üçüncüdür. “Mançester Yunayted”in 63, “Liverpul”un 59, “Tottenhem”lə “Aston Villa”nın 54 xalı var.

İngiltərə Premyer Liqası
28-ci turun oyunu
4 may

Brayton – Mançester Yunayted 1:0
Qol: Makallister, 90+9-pen.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”