8 noyabr 2026. Bazar günü

Tottenhem Lyorisi itirdi


Tottenhem Lyorisi itirdi
“Tottenhem”in qapıçısı Uqo Lyoris bu mövsümü başa vurub. Corner.az xəbər verir ki, bunu London klubunda baş məşqçisi vəzifəsini icra edən Rayan Meyson açıqlayıb.
 
O, son müayinənin ardından 36 yaşlı qolkiperin bu mövsüm qalan oyunlarda komandasına kömək edə bilməyəcəyini bildirib.

Britaniya mətbuatının iddiasına görə, Lyoris bu ərəfədə İtaliya, İspaniya və ABŞ-dan bir neçə klubla danışıqlar aparacaq. Əgər danışıqlardan biri müsbət yekunlaşarsa fransız oyunçu londonlularla yollarını ayıracaq.
 
Qeyd edək ki, Uqo Lyorus Premyer Liqanın XXXII turunda “Nyukasl”la oyunda (1:6) zədələnib.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”