8 may 2026. Cümə

Çelsi'dən səfərdə, Liverpul və MS'dən evdə qələbə


Çelsi'dən səfərdə, Liverpul və MS'dən evdə qələbə

İngitərə Premyer Liqasında 35-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutub.

“Çelsi” səfərdə “Bornmut”un qonağı olub və inamlı qələbə qazanıb. “Liverpul” evdə “Brentford”u, “Tottenhem” “Kristal Pelas”ı, “Vulverhempton” “Aston Villa”nı oxşar hesabla (1:0) məğlub yola salıb. 

Lider “Mançester Siti” isə “Lids”lə ev oyununda qələbə qazanaraq çempionluğa bir addım da yaxınlaşıb.

İngiltərə Premyer Liqası
35-ci tur
6 may

Bornmut – Çelsi 1:3
Qol: Vina, 21 – Qallaxer, 9. Badiaşile, 82. J.Feliks, 86.

Mançester Siti – Lids 2:1
Qok: İ.Gündoğan, 19; 27 – Rodriqo, 85.

Tottenhem – Kristal Pelas 1:0
Qol: H.Keyn, 45+1.

Vulverhempton – Aston Villa 1:0
Qol: Toti, 9.

Liverpul – Brentford 1:0
Qol: Salah, 13.







İngiltərə P.L.