23 mart 2026. Bazar ertəsi

Saliba və Zinçenko üçün mövsüm bitdi


Saliba və Zinçenko üçün mövsüm bitdi
İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan “Arsenal” iki ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, London klubunun futbolçuları Vilyam Saliba ilə Aleksandr Zinçenko mövsümün qalan hissəsində meydana çıxmayacaq.
 
Buna səbəb sözügedən oyunçuların zədədən əziyyət çəkməsidir.
 
Saliba Avropa Liqasında Lissabon “Sportinq”inə qarşı oyunda zədələnmişdisə, Zinçenko Premyer Liqa çərçivəsində baş tutan “Nyukasl”la görüşdə sıradan çıxmışdı.
 
Saliba bu mövsüm “Arsenal”da 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Zinçenko isə 33 matçda 1 qol və 2 məhsuldar ötürmə verib.
 
“Arsenal” Premyer Liqanın qalan hissəsində “Brayton”, “Nottingem Forest” və “Vulverhempton”la qarşılaşacaq.






İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər