8 may 2026. Cümə

Premyer Liqa klubundan rekord


Premyer Liqa klubundan rekord
İngiltərə "Aston Villa”sı yeni rekord müəyyənləşdirib. Corner.az xəbər verir ki, Bigminhem təmsilçisi bir təqvim ayında ən çox qələbə qazanmaqla klub rekordunu yeniləyib.
 
 Unay Emerinin rəhbərlik etdiyi komanda apreldə keçirdiyi 7 oyunun 5-də qələbə qazanıb. “Aston Villa” bu matçlarda “Çelsi” (2:0), “Lester” (2:1), “Nottingem Forest” (2:0), “Nyukasl” (3:0) və “Fulhem”i (1:0) məğlub edib.
 
Bir qarşılaşmada “Brentford”la heç-heçə edən (1:1) komanda apreldəki yeganə məğlubiyyətini XXXIV turda “Mançester Yunayted”dən (0:1) alıb.
 
Qeyd edək ki, “Aston Villa” İngiltərə Premyer Liqasında hazırda 8-ci pillədə qərarlaşıb.






İngiltərə P.L.