8 may 2026. Cümə

Cek Qriliş rekordunu yenilədi


Cek Qriliş rekordunu yenilədi

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş ingilis futbolçuları arasında Çempionlar Liqasının bir mövsümündə ən çox qol imkanı yaratmaq rekordunu yeniləyib.


Corner.az xəbər verir ki, vinger yarımfinalda “Real”la (4:0) qarşılaşma ilə birlikdə cari mövsümdə rəqib qapıçıları qarşısında 35-ci qol imkanı yaradıb.

 

Bununla o, Frenk Lemparda məxsus rekordu yeniləyib. O, 2008-09 mövsümündə “Çelsi”nin heyətində turnirdə 34 şansa malik olub. Nəzərə alsaq ki, “Mançester Siti” finala vəsiqə qazanıb, Qrilişin rekordunu yeniləmək şansı var.

 

Qeyd edək ki, “Mançester Siti” finalda “İnter”lə qarşılaşacaq.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi